Türkan Şoray əməliyyat olunub
Dünən əməliyyat olunan Türkiyənin məşhur aktrisası Türkan Şorayın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Şoray böyrəyində yaranan problemə görə əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Türkan Şorayın vəziyyəti yaxşıdı. Əməliyyat təxminən 1 saat davam edib. Aktrisanı əməliyyat edən həkim açıqlama verib "Hörmətli Türkan Şorayın sol böyrəyinin üstündə həddindən artıq hormon ifraz olunmasına gətirib çıxardan bir böyümə var idi. Bu böyümə əməliyyat yolu ilə aradan qaldırılıb. Xəstəmizin ümumi vəziyyəti son dərəcədə yaxşıdır. 2-3 günə xəstəxanadan çıxa biləcək"