Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.
Məsələ ilə bağlı verlişin aparıcısı Elgiz Əkbər Movqe.az-a danışıb: " Mənim cəza almam və yaxud da ki, verlişin bağlanması haqqında yayılan xəbərlər əsassızdır. Elə şey ola bilməz. Məsələ ilə bağlı rəhbərlik də məlumatlıdır. "Adam içində" verlişi bağlanmır. Yalan söhbətdir".