Məşhur aktrisa qəza törədib
"Çalıkuşu" serialında Burak Özçivit ilə birlikdə baş rolu paylaşan Fahriye Evcen, ötən axşam öz BMV markası olan avtomobili ilə Nişantaşı Citysə gəlib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Evcen, avtomobili ilə qəza edib. Məkanın yanına yaxınlaşmağa çalışan Evcen, bir anlıq diqqətsizlik edib və bu ona baha başa gəlib. Aktrisanın avtomobilinin sağ tərəfinə ziyan dəyib. Aktrisa müxbirlərin "Qəza etmisiniz?" sualına "Səhv görmüsünüz. Elə bir şey yoxdur" deyə cavab verib. Lakin avtomobilinin şəkillərinə baxdıqda aktrisanın həqiqətən qəza etdiyi ortaya çıxıb.