"Benim hala umudum var" serialının vaxtı dəyişib
Ötən həftə "Fox TV"-yə transfer olunan "Benim hala umudum var" serialının yayım vaxtı dəyişib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, sevilən serial bu həftədən etibarən çərşənbə axşamı tamaşaçılar ilə görüşəcək. Qeyd edək ki, baş rollarında Gizem Karaca, Şükrü Özyıldız, Berk Oktayın rol aldığı serial yeni bölümü ilə bu gün 00:30 da yayımlanacaq.