Əlaqə Arxiv
news Image
2012.04.05
18:44
| A A A
Ajda Pekkan evsiz qalıb? – FOTO
Müğənniyə külli miqdarda ziyan dəyib

İstanbul Sarıyer Bələdiyyəsinin müfəttişləri ilyarımlıq yoxlama zamanı məşhur müğənni Ajda Pekkanın Bahçəköy qəsəbəsində yerləşən villasına layihəyə zidd əlavələr etdiyini təsbit edib. Movqe.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Müfəttişlər A.Pekkanın villasının zirzəmisindəki, evin girişindəki və birinci mərtəbələrdəki əlavələri diqqətdə saxlamaqla, o cümlədən, tavanı nəzərdə tutulan ölçüdən artıq qaldırmaqla və villanın bağçasında hovuz tikilməsini təsdiqləməklə "quruluş dəyişdirilmiş protokol" rəsmi sənədini təsdiqləyərək, evi möhürləyiblər.

Nəticədə Bələdiyyə Şurası tərəfindən A.Pekkan cəzalandırılaraq, 25 min 752 Türkiyə lirəsi məğləğində ziyana məruz qalıb. Bu səbəblə müğənni prokurorluğa müraciət edib. O, istintaq daxilində verdiyi ifadəsində bildirib ki, villanı aldıqdan sonra heç bir dəyişiklik etməyib.

Sonda istintağı tamamlayan prokurorluq A.Pekkan haqqında təqib olunmamaq qərarı verib. Villanın keçmiş sahibi haqqında isə abadlıq çirkliliyinə səbəb olmaq cəzasından iddia olunub.


Fuad Mədətov









Sizin Reklam Yeriniz