"O mənim yanağımdan öpüb"
Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı iş
xanımı, eks tele-aparıcısı Leyla Süleymanova yerli mətbuatımızda
haqqında çıxan şayiələrə aydınlıq gətirib. Öncə diqqətinizə
çatdıraq ki, onun barəsində Türkiyə mətbuatında qardaş ölkənin
tanınmış futbolçu fənərbaxçalı Səlçuk Şahinlə eşq yaşandığı
xəbərləri yayılmışdı. Buna istinadən həmin xəbərlər yerli
mətbuatımızda da dərc olunub. Bundan dolayısı Movqe.az-a açıqlama
verən L. Süleymanova haqqında çıxan dedi-qoduların əsassız olduğunu
bildirib: "Bu haqda Türkiyə mətbuatına açıqlama vermişik. Bir də
Azərbaycan mətbuatına açıqlama vermək istəyirəm ki, yazılanlar
doğru deyil. Səlçukla sadəcə dostluq münasibətimiz var. Əsla
sevgili deyilik. Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı
"Aşk oyunu" filminin qalasının sonra partisindən sonra Selçuk məni
evə yola salarkən sağollaşıb dostca görüşüb-öpüşdük. Fotolara
diqqətlə baxılsa görüləcək ki, o mənim yanağımdan öpüb. Dostla bu
cür sağollaşmaq normal haldır. Sadəcə xahiş edirəm, bunu kimsə
olmayan yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".