Türkiyənin tanınmış prodüseri, məşhur ulduzların konsertlərinin təşkilatçısı, mayın 9-u Hadisənin Gəncədəki konserti ilə əlaqədar Azərbaycana gələcək prodüser Ahmet Akkaya yerli şou-biznesə qoşulmaq niyyətindədir.
Mövqe.az xəbər verir ki, artıq bir müddətdir ki müğənni Sevinc Musayeva ilə bağlı maraqlı fikirlər irəli sürən təşkilatçı Azərbaycan ulduzlarının Türkiyədə tanınması üçün yeni layihələrə başlayacaq. Öz şəxsi səhifəsində Sevinc Musayevaya "Gold Star" titulu verib, təqdim edən Akkaya da bizim şou-biznesdə gündəmdə olan titul məsələsinə qoşulmuş oldu.
"Gold Star" titulunu təsdiqləmək üçün fərqli layihələr vəd edən təşkilatçı, Sevinclə bağlı planlarını tezliklə açıqlayacaq. Sevinc Musayeva isə "Gold Star" titulundan ilham alacağını gizlətmir. Onların birgə əməkdaşlığının mahiyyəti Ahmet Akkayanın səfəri zamanı mətbuata bəlli olacaq.