Türkiyənin məşhur qəzetlərindən birində Eurovision mahnı müsabiqəsinə münasibət bildirilib. Movqe.Az "Hürriyyet"ə istinadən həmin məqaləni sizə təqdim edir:
"Bu günləri də gördük , Eurovisionu Avstriyanı təmsil edən"saqqallı qadın" Konchita Vurst qazanıb. Bu nəticəni eşidəndə TRT-in görəcək günü var imiş deyə təxmin etdim.
Düşünün , Türkiyə müsabiqədə iştiraka davam etsə saqqallı qadının performansını canlı yayımlamaq məcburiyyətində qalacaq. Qadın görüntüsündəki kişinin mahnısı müxtəlif müzakirələrə gətirib çıxaracaq.
İndi müsabiqədə yoxuq, TRT-in başı rahatdır.
Əminəm ki, "Yaxşı ki qatılmamış" deyən çox insan var.
2012-ci ildə son dəfə Can Bonomoyla qatılmışdıq Eurovisiona . TRT son iki ildir səsvermə sisteminə etiraz etdiyi üçün müsabiqəni boykot edir.
Mənim təxminim , bu ilki birincilikdən sonra bizim üçün növbəti Eurovison iştirakımız tamamilə bitib.
Çünki TRTdə "Bu mahnı müsabiqəsi deyil , gey əyləncəsidir " anlayışı yaranıb.