Bəstəkar Pərviz Mahmudov və müğənni Sevda Yəhyayeva yeddinci iş birliyinə imza atıb. S. Yəhyayevanın ifasında söz və musiqisi P. Mahmudova məxsus "Bağlanıb ürək" mahnısı dinləyicilərin ixtiyarına verilib. Daha bir neçə mahnı üzərində çalışan bəstəkar Movqe.az-a bildirib ki, yeni söz yazarları və musiqiçilərlə işbirliyi qurmağa hazırdır: "Efirlərə çıxmadan belə, daha çox tələb edilən bəstəkar olmağım məni sevindirir. Özümü bu işdə şanslı hesab etdiyim üçün istəyirəm bu imkanı başqa istedadlı insanlara da verim".
Qeyd edəl ki, "Bağlanıb ürək" mahnısını Fərid İman aranjeman edib: "Fərid həm yaxşı dost, həm də istedadlı musiqiçidir. Onunla daha bir neçə mahnı üzərində çalışırıq. Bu il mənim bəstələrimi Fəridin aranjemanında çox eşidəcəksiniz".
Xatırladaq ki, S. Yəhyayevanın reperturaınd aolan "O zaman", "Sənsiz", "Buz kimi", "Saxta", "Sən", "De mənə" mahnılarının bəstəkarı da P. Mahmudovdur.