Aparıcı Nanə evlənir - Özəl
ATV-dən ayrılan aparıcı Nanə Ağamalıyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır. Mövqe.az xəbər verir ki, tele-aparıcının Türkiyədə toya hazırlaşdığı deyilir. Bu barədə Mövqe.az-a adının açıqlanmasını istəməyən Nanənin keçmiş iş yoldaşı məlumat verib: " Bəli Nanənin həyatında biri var. Nanə toya hazırlaşır. O da nəhayət ki, ailə həyatı quracaq".
Qeyd edək ki, aparıcı Türkiyəyə hansısa layihə üçün getdiyini və geri dönəcəyini bildirsə də, hələki Vətənə qayıtmayıb. Hətta aparıcının Türkiyəyə təməlli daşındığını da deyirlər.