Əlaqə Arxiv
news Image
2014.05.29
14:09
| A A A
Hadisə: "Heç bir kişiyə pulumu yedirtmərəm"

Türkiyənin məşhur müğənnilərindən biri Hadisə maraqlı açıqlamaları ilə yenidən gündəmə gəlib. Mövqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni hansı tip ömür-gün yoldaşı istədiyi barədə danışıb. Dediyinə görə, hələ də sevgilisi olmayan Hadisə seçim edir. Bir kişidə axtardığı xüsusiyyətləri açıqlayan müğənninin etirafları olduqca maraqlıdır: "İndidən deyim ki, gələcək sevgilimdən gözləntilərim böyükdü. Bu gözləntilər madiyyatla bağlı deyil. Anam həmişə "öz ayaqların üzərində dur, sevdiyin adamla evlən" dedi. Onsuz da çox şükür öz pulumu özüm qazanıram və heç bir kişiyə o gözlə baxmıram. Yanımda olacaq kişinin də çox çalışması lazımdır. Yəni gəlib mənim pulumla yaşasın istəmirəm. Böyük danışmaq istəməsəm də belə bir hadisə ilə üzləşsəm həmin anda qapını göstərərəm. Heç bir kişiyə pulumu yedirtmərəm". 


Ayrıca eqosuz, komplekssiz, rahat biri olmalıdır. Bir az qısqanc ola bilər amma səhnədə mənə əsla qarışa bilməz. Bu mövzuda da böyük danışıram , çünki icazə vermərəm . Səhnə mənim həyatımdı. İndi birdən həyatıma biri girəcək və mənə səhnədə mini giyə bilməzsən, rəqs edə bilməzsən. Dəli olaram. Bu bir şou, bu bir sənət. İndi düşündükcə soyuyuram eşqdən . Məni narahat edəcək bir tip olacaqsa, heç olmasın".


Sizin Reklam Yeriniz