Şairə Rəna Mirzəyeva mahnı mətnlərinin əksəriyyətinin mövzu, məna və məntiq baxımından səslənməsindən narazıdır. Movqe.Az xəbər poratalının məlumatına görə, R.Mirzəyeva həmin mahnıların gənc nəsilə mənfi təsir etdiyini söyləyib. Şairə bu barədə Movqe.Az-a danışıb: "Bu gün eşitdiyimiz mahnı mətnləri heç də məni qane etmir. Əlbəttə ki, hamısı deyil.
Amma bir çox mətnlərdə bayağı ifadələr və hətta, mövzu baxımından zəif olan mahnılar səslənir ki, bu da gənclərimizin zövqünün inkişafına mənfi təsir göstərir. Üzeyir, üzeyir, üzeyir! Və yadımda qalmayan bir çox şairciklər...", - R.Mirzəyeva deyib.
Qeyd edək ki, şairə R.Mirzəyevanın şeirlərinə bir çox tanınmış bəstəkarlar mahnılar yazıb ki, bunu da Azərbaycanın məşhur müğənnilərin repertuarlarında rast gəlmək mümkündür. Belə ki, Gülüstan Əliyeva "Anam dəniz", Yalçın Rzazadə "Analı dünyamın həsrətindəyəm", Röya "Mübarizin laylası" (Milli qəhrəman Mübariz İbrahimova həsr olunub), "Əlvida, gedirəm!", Rəqsanə "Darıxıram", Mətanət İsgəndərli "Nağıl", "Ömür", Pərvin Lətifov "Son nəğmə", "Yar olaram" və başqa müğənnilər ifa ediblər. Şairənin sözlərinə bəstəkarlar Nailə və Hikmət Mirməmmədli, Adilə Yusifova, Tahir Əkbər, gənc bəstəkarlardan isə Ramal və onlarla başqaları musiqi bəsətələyiblər.
Fuad Mədətov