Əlaqə Arxiv
news Image
2015.07.10
13:00
| A A A
Zaurdan Günellə bağlı açıqlama: "Həyatında nəyin necə olduğunu yaxşı bilirəm"
Aparıcı Zaur Kamal “5/5” verilişində müğənni Günel Ələkbərova ilə aralarında baş verən incikliyə aydınlıq gətirib.

Movqe.az-ın məlumatına görə, aparıcı ondan küsən ifaçının könlünü belə alıb:


"Biz tamaşaçıya şounu təqdim edirik. Qonaqlarımız da özlərini şounun içində hiss edirlər. Bundan incimək, küsmək lazım deyil. Ərk etdiyimiz insanları studiyamıza dəvət edir, zarfatlaşırıq. Günel xanım haqda çox yazdılar. Bunlar hamısı zarafat idi. Əyləncəni yalnız burda edirik. Şou bitəndən sonra hər şey başqa cür olur. Kənardan insanlar irad bildirir. Biz heç kimi heç kimlə üz-üzə qoymuruq. Günel xanım, ətrafda deyilənlərə fikir verməyin. Bilirsiniz ki, mən sizi çox istəyirəm və həyatınızda nəyin necə olduğunu yaxşı bilirəm. Bizim münasibətimiz yaxşıdır. Övladın da, ailən də, həyat yoldaşın da var. Diləyirəm ki, axıra qədər də bu cür olsun. Verilişə dəvət etdiyimiz qonaqlara dəyər veririrk".


Qeyd edək ki, Z.Kamal verilişdə G.Ələkbərovaya bunları demişdi:


"Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi. Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən".


Bu sözlərdən inciyən G.Ələkbərova "Heç kimin ixtyarı yoxdur şəxsi həyatıma toxunsun. Mən övladımı halallıqla dünyaya gətirmişəm. Qızımız atasının və mənim istəyimlə doğulub. Mən qızımı sevdiyim insandan doğmuşam" deyə, açıqlama vermişdi. 

Sizin Reklam Yeriniz