Faiq Ağayev kökəlib: "57 kiloqram olmuşam"
Xalq artisti Faiq Ağayev kökəlib.
Movqe.az-ın məlumatına görə, müğənni bu haqda "ATV Maqazin" verilişində deyib:
"57 kiloqram olmuşam. 1,5 kiloqram kökəlmişəm. Mənim normal çəkim 55-dir. Yaydır, çox yeyirəm. Payızda idmana başlayacam. Müğənni mütləq xarici görünüşünə fikir verməlidir. Mənim görkəmimdə biri azca kökələn kimi qarnı bilinəcək. Bu da yaxşı görünmür".