Əlaqə Arxiv
news Image
2016.01.04
20:30
| A A A
Burak və Fahriye oteldəki qalmaqaldan danışdılar

Türkiyənin ən çox sevilən cütlüklərindən olan Burak Özçivit və Fahriye Evcen Avstriyadakı səyahətlərindən dönüblər. Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük, Vyanada oteldə fanatlarının onları narahat etməsi haqda danışaraq "polis müdaxilə edib, çox pis olduq buna. Belə bir şeyin yaşanması xoş deyil" deyiblər.Aktyorla aktrisanın avtomobilin əyləcindən eyni anda tutmaları paparassilərin hədəfindən yayınmayıb. Fahriyeye deyilincə o, obuna gülərək müxbirlərlə zarafat edib.Qeyd edək ki, cütlük Vyanada olarkən paylaşdıqları şəkildə təsadüfən qaldıqları otelin adını bildiriblər. Həmən onların sevənləri həmin yerə axışıb. Polis uzun müdaxilədən sonra aktyorların pərəstişkarlarını ərazidən uzaqlaşdırmağa çalışıb. Hadisə zamanı yaranan izdihamda bir nəfər həbs edilib.

Sizin Reklam Yeriniz