İlin ilk sürpriz ayrılığı
"Şərəf məsələsi"nin qəhrəmanları Şükrü Özyıldız və Şükran Ovalı növbəti dəfə ayrılıblar. Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha əvvəl Şükrünün "Tatlı küçük yalancılar" serialındakı tərəf müqabili Bensu Soralla öpüşmə səhnəsinə görə ayrılan cütlük ay yarım sonra barışmışdı. İkilinin keçən həftə münasibətlərini bitirmək qərarına gəldikləri məlum olub. Buna səbəb tərəflərin bir-birinə vaxt ayıra bilməməsidir. Belə ki, Şükrü "Her şey aşktan" filmi bitdikdən sonra serial çəkilişlərinə başladığı üçün iş rejimi gərginləşib. O, bu dəfə Aslı Enverlə birgə "Kış güneşi" adlı serialda iştirak edəcək.