Əlaqə Arxiv
news Image
2016.01.07
21:00
| A A A
Bülənt Ərsoyda "donuz qripi" riski
Divanı müayinə edən həkimlər onu bir neçə gün xəstəxanada saxlayacaqlar.

Qəflətən vəziyyəti pisləşən Türkiyənin qalmaqallı, məşhur müğənnisi Bülənt Ərsoy 40 dərəcə qızdırma ilə təcili olaraq xəstəxanaya çatdırılıb.Bu barədə müğənninin prodüseri "Söyləməsəm olmaz" verilişində danışıb. Onun sözlərinə görə, qış mövsümü ilə bağlı havaların soyuq keçməsi Bülənt xanımın səhhətinə də təsir edib. "Heç həkimə getməyi xoşlamasa da məcburən getməli oldu. Onu müayinə edən həkimlər daha 1-2 gün xəstəxanada qalmağını məsləhət görüblər". 

Müğənninin səhhətinin hazırda stabil olduğunu bildirən prodüser bir çox analizlərin götürüldüyünü, son zamanlar sürətlə yayılan "donuz qripi" riskinin olduğunu bildirib. Xəstəliyin səbəbləri və diaqnoz analizlərin cavabından sonra məlum olacaq. Bülənt Ərsoy yaxın dostu, verilişin aparıcısı Oya Aydoğana zəng edərək, nəfəs almaqda çətinlik çəkdiyini "donuz qripi" şübhəsi olduğunu deyib. Son günlər Türkiyədə "donuz qripi" riski yüksəlib. Bir neçə gün əvvəl Türkiyənin Adana vilayətində 3 nəfərin "donuz qripi" şübhəsi ilə dünyasını dəyişməsi ölkədə təşvişə səbəb oldu. İstanbul şəhəri Fatih rayonunda xəstəxananın təcili yardım şöbəsinə gətirilən xəstədə H1N1 virusu şübhəsi olub. Bundan sonra təcili yardım şöbəsində olan insanlar dərhal təxliyyə edilib.

Sizin Reklam Yeriniz