"Onsuz da səhvən müğənni olmuşam"
Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli "Esra Sönməzlər ile çek-çekiştir" verilişinə qatılıb.Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı açıqlamaları ilə izləyicilərin diqqətini çəkib. O, verilişdə: "Onsuz da səhvən müğənni olmuşam, aktyorluğa da yaxşı baxıram. 8 yaşımda TRT televiziyasında yayımlanan serialda çəkilmişəm. Mənə uyğun ssenari olsa, yenə də çəkilərəm", - deyib.Müğənninin zarafatla dediyi: "Bizim evdə qadının sözü keçir", - ifadəsiylə izləyicilərin rəğbətini qazanıb.