Bir şəkilə qurban gedən qadın hakim
İtaliyanın sabiq modellərindən olan Klaudia Romani İtaliyada hakimlik edə bilməyəcək. 33 yaşlı gözəlçə ötən il reklam rolikində "Milan"ın formasıyla şəkil çəkdirdiyi üçün İtaliyanın A və B seriyalarında oyun idarə edə bilməyəcək.
İtaliya Hakimlər Komitəsi hakimlik kurslarını əla bitirən və qaydalara görə, İtaliya liqalarında hakimlik etməyə haqq qazanan Romaniyə etik kodeksi pozduğuna görə təyinat verilməyəcəyini açıqlayıb.