Əlaqə Arxiv
news Image
2016.04.01
15:00
| A A A
Kıvanç Tatlıtuğun ailəsi ABŞ-a qaçır? - açıqlama

Bir neçə gün əvvəl Türkiyə mediasına aktyor Kıvanç Tatlıtuğun ailəsinin ABŞ-a qaçması ilə bağlı xəbərlər yayılıb.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Tatlıtuğ ailəsi ABŞ-a köçdü, bir təriqət və din adamı tərəfindən istiqamətləndirilir" şəklində olan xəbər ailənin qəzəbinə səbəb olub.


Kıvançın böyük qardaşı Cem bu barədə açıqlama verərək ailənin hər fərdinin iddialara qarşı ayrı-ayrı məhkəmə açacağını bildirib:


"O iddialardan birini sübut edə bilməzsən heç. Yazdıqlarını kağıza töküb yedizdirərəm sənə. Son 5 ilimi araşdırsınlar. ABŞ səfirliyinin heç qarşısından keçməmişəm. Bəli, qardaşım Tuqay və həyat yoldaşı Ebru fevralda oraya gedib. 40 yaşı var, 20 ildir getmək arzusunda idi, getdi. Amma qayıdacaq. Orada yaşamaq icazəsi yoxdur. Atam təyyarəyə heç minə bilmir, ona görə Kıvançın Parisdəki toyuna da gedə bilmədi. Digər iddiaya görə, dörd villamızı satıb ABŞ-da ev axtarırmışıq. Bir evimizi yaxşı dəyərləndirdilər, satdıq. Köçəsi olsaq, hər şeyimizi satarıq. Burada malımız, mülkümüz var. Yazan şəxsi buna siyasəti, dini qatıb. 

Mən Atatürkçüyəm. Elə deyirlərsə, o zaman enli şalvar geyinim, təsbeh götürüm, əmmamə geyinim, tam olsun".


Tatlıtuğ ailəsinə qarşı bu iddialar irəli sürülüb:


* Ustad dedikləri Ahmet Hulusinin xəbərdarlığını dinləyərək Mayamiyə ilk gedən Tuqay Tatlıtuğ və həyat yoldaşı olub.


* İki həftə sonra ata Erdem və ana Nurten gedib.

 

* Sonra İpek Tatlıtuğ uşaqıyla gedib.

* Tatlıtuğ ailəsi dörd villasını ucuz qiymətə satıb. Mayamidə bir-birinə yaxın beş ev alacaq.

* Burcu Özsoy ilə evli Cem Tatlıtuğ və iş adamı Cem Adanur ilə evli olan Melisa Tatlıtuğ da gedəcək.

* Türkiyədə təkcə Kıvanç qalacaq

Sizin Reklam Yeriniz