Ukrayna Rusiyanı “Eurovision”a bu şərtlə buraxacaq
Ukrayna Rusiyanın “Eurovision-2017”də iştirakının şərtini açıqlayıb.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko Rusiyanın müsabiqədə iştirakı barədə deyib:
“Rusiya müsabiqədə o vaxt iştirak edə bilər ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəzlənsin”.
V.Krilenko Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub.