Bu gün Azərbacanda fəaliyyət göstərən müxalif düşərgəni müəyyən anti-Azərbaycan mövqedə dayanan xarici təşkilatların dəstəkləməsi istisna deyil. Amma son dövrlər beynəlxalq miqyasda da müxaliftə dəstək verənlərin sayı azalmaqdadır. Yəni himayədarlar da "əllərini" müxalifətin üstündən çəkmək niyyətindədirlər. Bunu həmin sıralarda öndə gedən Əli Kərimlinin giley – güzarı da sübut edir. Onun "Artıq beynəlxalq təşkilatlardan da heç nə gözləmək olmaz" deməyi hər iki fikri təsdiqləyir. Yəni, həm o təşkilatlar radikal müxalifəti artıq görmür, həm də işlədilən bu cümlə müxalifətin onlara söykəndiklərinin bariz nümunəsidir.
Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirir ki, ABŞ səfirliyi lap ata qucağı kimi ayda bir dəfə onları qəbul edib görüşür: "Məsələn, Türkiyədə hansısa müxalifət lideri görüşə getsəydi və xəbər tutulsaydı, istefaya gedərdi. Yəni, dövlətin manefiyini başqa dövlətin manefiyinə qurban vermək olmaz. Amma bizdə bu, var. Hətta ABŞ səfiri çıxışında bildir ki, İlham Əliyevin 3-cü dəfə öz namizədliyini verməsi, Azərbaycanın öz daxili işidir. Bu, onu göstərir ki, müxalifətin istəklərinə ABŞ bütövlükdə cavab verə bilməyib. Bu da onun göstəricisidir ki, müxalifəti bir qüvvə hesab etmir. ABŞ onları ciddi qüvvə kimi hesab etmirsə, təbii ki, digər dövlətlər də analoji mövqe sərgiləyirlər. Bütün maliyyə qaynaqları həmin dövlətlərdə yerləşir. Onlar da öz dövlətlərinin siyasətini aparır. Necə deyərlər, havayı pendir yalnız siçan tələsində olar. İndi onlar başa düşürlər ki, Azərbaycanda bütün müxalifəti bir yerə yığıb güc kimi formalaşdırmaq, bunun vasitəsi ilə Azərbaycan hakimiyyətinə təzyiq etmək çox çətin olacaq. Yəni, müxalifət bu işin öhdəsindən gələ bilmir. Dəfələrlə tapşırıq verilməsinə baxmayaraq, kütləvi tədbirlər keçirə, vahid namizədlə çıxış edə bilmir, bir – birini ittiham edirlər. Yer bərk olanda öküz – öküzdən görür, deyiblər. Onların iqtidara gücü çatmır, bir – birinə qarşı həqarətlər yağdırırlar. Belə bir vəziyyətdə nəyə görə onlar maliyyələşdirilməlidir? Təbii ki, onların maliyyə arzularının üstündən əl götürüblər".
Partiya sədrinin sğzlərinə görə, ikinci variant ondan ibarətdir ki, xarici təşkilatlar vahid müxalifətin platformasını görmürlər. Məsələn, "Milyarderlər İttifaqı" ortalığa çıxan kimi, müxalifət asanlıqla onlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Əvvəllər qərbyönlü idi, indi dərhal rusiyameyllik yarandı. Təki, burdan yardımlar olsun. Sadəcə olaraq müxalifət dərk etmir ki, uzun illər söydüyü Rusiya heç vaxt bu müxalifəti üzdə görmək istəməz. Hətta namizədi olsa belə, yenə onların içindən də seçməz. Buna baxmayaraq revenans etmək istədilər. Odur ki, görünür müxalifət tək gücünü yox, əhəmiyyətli dərəcədə öz simasını da itirir".
Tahir Kərimli onu da qeyd etdi ki, onsuz yenə də xarici dairələr müxalifətlə "oynayıb", müəyyən qədər əlində saxlamaq istəyəcək: "məqəd də odur ki, ornlardan gələcəkdə hansısa təzyiq vasitəsi kimi istifadə etməyə çalışsın. Amma "əllərini" müxalifətdən əhəmiyyətli dərəcədə götürməsi ortadadı. Çünki, bu günə qədər müxalifət bir güc kimi ortaya çıxmayıb. Bu isə o deməkdir ki, irəlidə keçirilən prezident seçkilərində də müxalifət məğlub olacaq. Ümimiyyətlə, cəmiyyətdə bir güc faktoruna çevrilə bilməyəcək. Bununla da olan – qalan sosial bazasını itirəcək. Ona görə fə bu, müxalifət üçün faciənin başlanğıcıdır".
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, ümumiyyətlə, siyasi partiyaları xarici təşkilatlar tərəfindən maliyyələşdirilməsi qanunla qadağandır: "Müxalifətdə belə bir fikir formalaşıb ki, guya hakimiyyəti dəyişmək üçün Qərbdən dəstək alınmalıdır. Bu, yalnış fikirdir. Azərbaycanda hakimiyyət xalqın iradəsi ilə formalaşır. Hakimiyyətin mənbəyi xalq olan dövlətlərdə kimlərinsə müdaxiləsi mümkün ola bilməz. Müxalifətin özü də artıq dərk edir ki, Azərbaycanda heç kəs hakimiyyətə kənar qüvvənin köməyi ilə gələ bilməz".
Sədr bildirir ki, bu və ya digər dairələr hakimiyyətə gələ bilmək perspektivi olan qüvvələri dəstəkləyir: "Onların çox geniş sosial bazası, böyük sayda elektoratı olsun. Bu gün Azərbaycan müxalifət düşərgəsində təmsil olunan partiyaların cəmiyyətdə hörmətləri varmı ki? Hətta öz partiyadaşları arasında hörmətləri varmı? Xarici təşkilatlar da bunların hamısına ayırd edə bilirlər. Təbii ki, böyük dövlətlər tərəfdaşlıq etdiyi siyasi prosesləri izləyirlər və hətta bəzən yön verməyə çalışırlar. Ordakı hakimiyyətə iddialı qüvvələrə diqqət yetirirlər. Onlar da adətən o qüvvələrə diqqət yetirirlər ki, onların perspektivi olsun. Amma artıq onlar radikal müxalifətin kifayət qədər cılız qüvvə olmasını görüblər. 1990 – cı illərdə Azərbaycana gələn hansısa bir xarici ölkə təmsilçisi müxalifətini əsas aparıcı qüvvələri ilə görüşərdi. indi də müxtəlif ranqlarda xarici nümayəndələr gəlib gedirlər. Amma indi müxalifət partiyalarına heç diqqət ayırmırlar. Bu, müxalifətin gücsüzlüyündən, onların cəmiyyətdə itirilən mövqeyindən irəli gəlir".