Atəşkəs budursa, ...?!
Mövqe.az xəbər verir ki, BMT və Ərəb Birliyi arasında 12 apreldə
bağlanan və Suriyada atəşkəsi dəstəkləyən Annan planı dünən Hama
şəhərinə atılan bomba səbəbindən təhlükəyə məruz qalıb. Hamanın
cənub bölgəsində yerləşən Maşa əl Tayyar məhəlləsində meydana gələn
partlayışda Şam rəsmilərinə görə 16, müxaliflərə görə isə 50 nəfər
həlak olub. Suriya Milli Şurası isə Hama şəhərində bir həftə
ərzində 100 nəfərin həlak olduğunu deyib.
Əfqanə Məzahirqızı