Azərbaycan XİN-dən Cənubi və Şimali Koreya arasında danışıqlara REAKSİYA
Azərbaycan Cənubi Koreya və Şimali Koreya arasında danışıqları alqışlayır.
Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
H.Hacıyev bildirib: "Biz Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli görüşü alqışlayırıq və ümid edirik ki, danışıqlar Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".