ABŞ dövlət katibi Moskvada İran məsələsini müzakirə edəcək
ABŞ-ın dövlət katibi Con Kerri mayın 7-8-də Rusiyaya işgüzar səfərə gedəcək.
APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət katibi Moskvada bir sıra önəmli beynəlxalq məsələləri müzakirə edəcək. Müzakirə mövzuları arasında Suriyada vəziyyət və İran məsələsi də var.