Elmar Məmmədyarov Hindistan və Şri-Lankaya səfər edəcək
2-8 may tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Hindistan və Şri-Lankaya səfər edəcək.
Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə ediləcək.