Əlaqə Arxiv
news Image
2013.05.02
18:04
| A A A
"Azərbaycan həm Avropa, həm də Asiya üçün cəlbedici ölkədir"

"Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə bitmir. Partiyamız həm Avropa, həm də Asiyanın bir sıra nüfuzlu siyasi partiyaları ilə geniş əlaqələrə malikdir. Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür və ona görə də Mövqe.az-ın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib. 


A.Hacıyev bldirib ki, partiyanın nümayəndə heyəti bu günlərdə Vyetnamda və Kambocada səfərdə olub. Onun sözlərinə görə, bu səfər çox uğurlu olub və ölkələrimizin iqtidar partiyaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

"Azərbaycan həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir. Çünki bu gün ölkəmiz hərtərfli inkişaf edir və bu inkişaf digər dövlətlərdə maraqla qarşılanır. Bəzi ölkələr Azərbaycanın inkişaf təcrübəsini öyrənməyə çalışırlar. Bu mənada inkişafın Azərbaycan modelini bir çox dövlətlər öyrənmək istəyirlər. Bu modeldən istifadə etməyə çalışırlar. İnkişafın Azərbaycan modelinin xüsusiyyəti ondan ibarətdir ki, hər sahədə paralel inkişaf müşahidə olunur. Digər tərəfdən, bu modelin kökündə xalqla hakimiyyət, partiyamız arasında birlik dayanır. Bu birlik inkişaf prosesində böyük sıçrayışlara gətirib çıxarır"- deyə, A.Hacıyev vurğulayıb.

Sizin Reklam Yeriniz