Əlaqə Arxiv
news Image
2013.05.06
15:04
| A A A
Əli Həsənov: “Onların adlarını hər kəs yaxşı bilir”

"2003-cü ildə məmurlar arasında çaşqınlıq içərisində olan bəzi adamlar var idi. O vaxtı bu cür hərəkət edənlər dərslərini aldılar. Onların adlarını hər kəs yaxşı bilir. Sadəcə olaraq bunu deməyə çoxunun kişiliyi çatmır". Mövqe.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Әli Həsənov deyib.


Baş nazirin müavini söyləyib ki, indi dünyada düz söz demək problemi var: "İnanmıram ki, 2003 hadisələri təkrarlansın. Çünki bir nömrəli dünya siyasətçisi olan Heydər Әliyev Azərbaycan dövlətinin qurucusudur. Ulu öndər elə mexanizm yaratdı ki, dövlət istənilən fövqaladə vəziyyətə cavab verməyə hazır oldu. İndi də həmin güclü dövlət var. Bu dövlət 2003-cü ildə öz gücünü bir daha sübut etdi. Həmin ili çox güclü xarici müdaxilələr olsa da, Azərbaycan xalqının mütləq əksəriyyətinin səs verməsi nəticəsində İlham Әliyev prezident seçildi. Artıq bundan sonra bizi heç bir qorxu gözləmir. Hazırda çox güclü müdaxilələr var. Әgər 2003-cü ilə bu müdaxilələrə seçki ilində başlamışdırsa, ancaq indi 2 ildir ki, xarici müdaxilələrə başlanılıb, ancaq Azərbaycan bunlara cavab verməyə tam hazırdır".

Sizin Reklam Yeriniz