Əlaqə Arxiv
news Image
2013.05.07
16:15
| A A A
Azərbaycan Avropa Şurasının gənclər sektoruna aid olan qərarvermə prosesində fəal iştirak edəcək

Azərbaycanın Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasında təmsil olunması Azərbaycan gənclərinin səsinin Avropa platformasına çatdırılması deməkdir.


Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) sədri Şahin Seyidzadə AGTMŞ-nın Məşvərət Şurasına üzv seçilməsi ilə bağlı Gənclər Evində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasına üzv olmaqla AGTMŞ Avropa Şurasının gənclər sektoruna aid olan bütün məsələlərində, qərarvermə prosesində fəal iştirak edəcək, həmçinin gənclər sektoruna dair proqramların hazırlanması, nəzarət edilməsi məsələlərində mühüm rola malik olacaq.

Qeyd edək ki, AGTMŞ aprelin 18-21-də Belçikanın paytaxtı Brüssel şəhərində, 40 ölkənin Milli Şurası və 59 beynəlxalq təşkilalın iştirakı ilə həyata keçirilən Avropa Gənclər Forumunun növbəti iclasında Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.


Seyidzadə qeyd edib ki, bu, Azərbaycan gəncliyinin böyük uğurudur və bu uğura uzun müddət aparılan ardıcıl fəaliyyət, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində nail olunub.


AGTMŞ sədri, həmçinin qurumun digər beynəlxalq fəaliyyəti haqqında da məlumat verib. O qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurum bir sıra Avropa təşkilatları ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, iyun ayından başlayaraq 10-a qədər ayrı-ayrı Avropa təşkilatlarının nümayəndələri fərdi şəkildə Azərbaycana gələcək, yerli təşkilatlarla görüşəcək və təcrübə mübadiləsi aparacaqlar.


Bundan əlavə, yenicə açılmış Gənclər Evi haqqında da məlumat verilib. Qeyd olunub ki, Gənclər Evi gənclər üçün resurs mərkəzi rolunu oynayır. Gənclər burada yaradılan şəraitdən, o cümlədən kitabxanadan, görüş otaqlarından sərbəst istifadə edə bilərlər.

Sizin Reklam Yeriniz