Əlaqə Arxiv
news Image
2013.05.16
12:03
| A A A
Parisdə "Cənubi Qafqazda geosiyasi durum, Azərbaycanın xarici siyasəti və regionda rolu" mövzusunda konfrans olub

Parisdə Azərbaycanın Fransadakı səfirliyi, Fransanın Milli Müdafiə üzrə Tədqiqatlar İnstitutu və "Synopia" "beyin mərkəzi" ilə birgə təşkil edilmiş və "Cənubi Qafqazda geosiyasi durum, Azərbaycanın xarici siyasəti və regionda rolu" mövzusuna həsr edilmiş konfrans keçirilib.

Səfirlikdən Mövqe.az-a verilən məlumata görə, konfransda Fransanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin, elmi tədqiqat mərkəzlərinin, müdafiə sahəsində fəaliyyət göstərən iri şirkətlərinin və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Synopia" mərkəzinin nümayəndəsi, enerji sahəsində fəaliyyət göstərən iri Fransa şirkətlərində rəhbər vəzifələr tutmuş Jan Mark Şob ölkəmiz, onun regionda və beynəlxalq aləmdə oynadığı rol və əhəmiyyətindən söhbət açıb, Azərbaycan haqqında Fransa ictimaiyyətində az və ya bəzən bəlkə də həqiqəti tam əks etdirməyən məlumatların olduğunu qeyd edib. O, hazırkı konfransın Azərbaycanın və onun əhəmiyyətinin daha yaxından tanınmasına töhfə verəcəyini qeyd edib.

Səfir Elçin Əmirbəyov Azərbaycanın tarixi, iqtisadiyyatı və xarici siyasətinə həsr edilmiş geniş mühazirə ilə çıxış edib. Ölkəmizin dövlətçilik ənənələrindən söhbət açıb, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın son 20 ildə üzləşdiyi problemlər və keçdiyi inkişaf yolunu hərtərəfli təhlil edib. O, Azərbaycan hökumətinin apardığı xarici siyasətin əsas prioritetləri, ölkəmizin Avropa təsisatlarına inteqrasiyası, qonşu dövlətlərlə münasibətlər, neft strategiyası və beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı haqqında məlumat verib.

Səfir öz təqdimatında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın işğal olunmuş ərazilərində hazırkı vəziyyət və münaqişənin həlli üçün aparılan danışıqlar prosesi məsələlərinə geniş yer ayırıb.

Əmirbəyov, həmçinin konfrans iştirakçılarına Azərbaycan-Fransa münasibətləri, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində aparılan işlər haqqında məlumat verib.

Çıxışının sonunda səfir Azərbaycanda tarixən mövcud olan dini tolerantlıqdan söhbət açıb və ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən danışıb.

Sizin Reklam Yeriniz