Əlaqə Arxiv
news Image
2013.05.17
12:15
| A A A
Obama Erdogan zirvə görüşündə Qarabağ məsələsi müzakirə edilib

ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib. Bu barədə Mövqe.az Amerikanın səsi"nə istinadən məlumat verir. 


Görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında baş nazir Erdoğan prezident Obama ilə Yaxın Şərq sülh prosesi, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə edildiyini bildirib. O, regional məsələlər arasında Kipr problemi, eləcə də Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı müzakirələrin aparıldığını deyib.


Türkiyənin baş naziri Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri və Obama administrasiyasının bir sıra başqa rəsmilərilə görüşləri davam etdirəcək. Görüşlər və müzakirələr zamanı Suriyada iki ildən artıqdır davam edən vətəndaş müharibəsinin dayandırılması səyləri diqqət mərkəzindədir.

Sizin Reklam Yeriniz