Azərbaycan ərazisindən İsrail və ya ABŞ tərəfindən İrana hərbi zərbə endirmək üçün baza kimi istifadə olunmayacaq. Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev Misir KİV-ə müsahibəsində bildirib.
Misirə ötən həftə baş tutan səfər çərçivəsində Abdullayev Misirin "Əl-Youm Əs-Sabia", "Əl-Əhram", "Dostor Əl-Əsli" və "Təhrir nyus" qəzet və xəbər agentliklərinə müsahibə verib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsində Misirin dəstəyinin davam edəcəyinə ümid edir.
XİN-nin rəsmi nümayəndəsi bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır:
"Lakin biz qan tökülməsini istəmirik və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizama salınmasına ümid edirik".