Əlaqə Arxiv
news Image
2013.05.21
11:10
| A A A
ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü, konqresmen Ruben Hinojosa Azərbaycanın Respublika Gününün 95-ci ildönümü ilə əlaqədar bəyanat verib, bu münasibətlə öz təbriklərini çatdırıb.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Mövqe.az-a verilən məlumata görə, R. Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə Sovet qoşunları tərəfindən son qoyulduğunu qeyd edib.

 

Konqresmen Azərbaycan və ABŞ-ın güclü münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirib.

 

Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu təqdir edib.

 

Sizin Reklam Yeriniz