Əlaqə Arxiv
news Image
2013.05.23
12:26
| A A A
“Azərbaycan sülhməramlıları gələn ilin əvvəlində Əfqanıstandan çıxarılacaq”

NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı taqımı ilə bağlı məsələ də qaldırılıb.


Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

 

Z. Əsgərov qeyd edib ki, NATO PA-da 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə NATO üzvü və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: "Düzdü, suallar doğdu ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik taqımımızın gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq".

Sizin Reklam Yeriniz