Əlaqə Arxiv
news Image
2013.05.29
11:22
| A A A
Bu gün Azərbaycan Suriya ilə bağlı beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan mayın 29-da İranın paytaxtı Tehran şəhərində Suriya ilə bağlı keçiləcək beynəlxalq konfransda iştirak edəcək.


APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin bildirib.

 

Səfir deyib ki, Azərbaycan İranın regional dostlarından biridir: "Rəsmi Tehranla Bakının Suriya məsələsində mövqeyi eynidir. Hər iki ölkə Suriyada böhranın hərbi deyil, dialoq yolu ilə həllinə inanır". 

 

M. Pakayin vurğulayıb ki, "Siyasi həll yolu; regionun sabitliyi" devizi altında keçiriləcək konfransda Azərbaycanı xarici işlər nazirinin xüsusi müşaviri Məmməd Əliyev təmsil edəcək.

 

Səfir bildirib ki, bu günlərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərq regionu ilə bağlı beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak etməklə öz fəaliyyətini genişləndirib.

 

M. Pakayin əlavə edib ki, mayın 29-da keçiriləcək birgünlük toplantıda 40-a yaxın ölkənin, eləcə də regional və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək: "Yığıncaqda Suriyadakı böhrandan çıxmaq üçün diplomatik həll yollarını tapmaq əsas diqqət mərkəzində olacaq".


Sizin Reklam Yeriniz