Əlaqə Arxiv
news Image
2013.05.30
17:50
| A A A
“Azərbaycan görüş barədə təklif versə də, Ermənistan məsələni uzadır”

"Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin ictimaiyyət nümayəndələri arasında görüş gözlənilmir". APA- xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, hazırda bu məsələ gündəlikdə deyil: "Azərbaycan hər zaman bu cür görüşləri lazımlı sayıb. Biz bu barədə öz təkliflərimizi təqdim etmişik. Lakin qarşı tərəf məsələni uzadır".


Səfir daha əvvəl bir neçə təmasın, o cümlədən münaqişə tərəflərinin media nümayəndələri arasında görüşün keçirildiyini xatırladıb: "Lakin hələlik heç bir nəticə yoxdur və yaxın vaxtlarda da gözlənilmir".


Sizin Reklam Yeriniz