Azərbaycan Cənubi Qafqaz ərazisi vasitəsilə insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarının cəhdlərinə qarşı aktiv müqavimət göstərir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2012-ci ilə aid hesabatında bildirilir.
Dövlət orqanının cümə axşamı saytında yayımlanan hesabatında bildirilib ki, ölkə terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirməkdə davam edib və terror vasitəçilərinin aradan qaldırlmasında və onların fəaliyyətinə mane olmaqda müvəffəqiyyət qazanıb.
Hesabatda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bəzi ekstremist qrupların üzvlərinin və terrorizmdə şübhəli bilinən şəxslərin saxlanılması hallarına, həmçinin Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı terror aktlarının qarşısının alınmasına da yer verilib.