Əlaqə Arxiv
news Image
2012.05.08
00:57
| A A A
Yeni parlament total saxtakarlıqla formalaşdırıldı
Ermənistanda hakimiyyət yenidən ölkənin qanunverici orqanını öz nəzarəti altında saxlayacaq

Əvvəlcədən də gözlənildiyi kimi Ermənistanda keçrilən son parlament seçkiləri total saxtakarlıq şəraitində baş tutub. Bu ölkənin Mərkəzi Seçki Komissiyası bildirir ki, indiki prezident Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyası təxminən 45 faiz səs toplayıb.

Lakin müxaliflər seçkilərin total şəkildə saxtalaşdırıldığını bildirirlər. Mərkəzi Seçki Komissiyasının (EMK) son məlumatına görə, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif Ermənistan Milli Konqresinin yeni parlamentdə təmsil olunacağı istisna olunmur. EMK-nın lehinə seçicilərin 7,2 faizi səs verdiyi bildirilir.

Ermənistan Seçki Məcəlləsinə əsasən, parlamentdə təmsil olunmaq üçün seçki bloku səslərin 7 faizini qazanmalıdır.Əvvəlki parlamentdə sayca ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" Partiyası yeni Milli Məclisdə də yerini qoruyub saxlayır. Bu partiyanın secicilərin təqribən 30 faizi tərəfindən dəstəkləndiyi qeyd olunur.Parlamentə təmsil olunmaq üçün tələb olunan 5 faizlik həddi "Daşnaksütyun", "İrs" və "Orinats Yerkir" partiyaları da keçiblər.Ermənistan Kommunist, Demokratik və Birəşmiş Ermənilər partiyalarının lehinə 1 faizdən də az səs verilib.

MSK-nın ilkin məlumatına görə, Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası 41 majoritar seçki dairəsində 32 mandat əldə edib. Qalan yerlərdə də hakim partiya tərəfindən dəstəklənən bitərəf namizədlər və "Çiçəklənən Ermənistan" Partiyasının namizədləri qalib gəliblər.

Kütləvi informasiya vasitələri və İnternet sosial şəbəkələrində seçki əsnasında çoxsaylı pozuntulara yol verildiyi haqqında məlumatlar yayılıb. Şikayətlər, əsasən, seçki qutularına əlavə bülletenlər atılması, təkrar səsvermə və kütləvi şəkildə rüşvət paylanma halları ilə bağlıdır. Məslən, Qeqarkunik vilayətində Sarksiyanı rəhbəri olduğu Ermənistan Respublika Partiyası hər seçiciyə 15 min dram, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyaları isə 10 min dram rüşvət veriblər. Hətta 14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə rüşvət vermək üçün açıq hərrac keçiriblər

Müxalifət nümayəndələri pozuntuların kütləvi xarakter daşıdığını və qabaqcadan düşünülmüş plan üzrə gerçəkləşdirildiyini bildirirlər. Seçkilərin gedişinə nəzarət etmək məqsədilə yaradılmış Ermənistan Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyalarının Vahid Qərargahı səsvermədə iştirak edənlərin sayının (təxminən 1,56 milyon) şişirdirildiyini bildirir.

Vahid Qərargahin seçkilərdən sonra yaydığı bəyanatına əsasən, seçicilərin gəlmə miqdarına dair rəsmi rəqəmin seçki prosesinin qanuna uyğunluğu ilə bağlı şubhələnməyə əsas verdiyini bildirir. Keçmiş prezident Levon Ter-Petrosyan da deyir ki, onlar çoxlu sayda qanun pozuntuları aşkar edib. Onun sözlərinə görə, səhər tezdən seçki məntəqləri açılan kimi bütün ölkə boyu yaxşı təşkilatlanmış bir maxinasiya maşını işə düşüb. Hakim Respublikaçılar Partiyası seçkilərin nəticələrindən razıdır və ölkədə demokratiyanın inkişafı istiqamətində böyük müvəffəqiyyət kimi səciyyələndirir.

Lakin Vahid Qərargah bunun faktiki tətbiq edilən qeyri-qanuni əməlləri tam əks etdirmədiyini bildirir. Müxalifət müxtəlif səbəblərə görə (qorxu və yaxud "satqınlıq" etməmək üçün), çoxlarının gözləri qabağında baş verən faktlar haqqında konkret məlumat verməkdən çəkindiyini ehtimal edir. Çoxları qabaqcadan necə səs verəcəkləri haqda sövdələşmiş sakinlərin avtobuslarla seçki məntəqələrinə aparılması hallarının şahidi olsa da, bu barədə məlumat vermir. Daha bir nüans isə ilk dəfə səsvermədə iştirak edən seçicilərlə bağlıolub. Belə şəxslərin pasportlarına müvəqqəti möhür vurulub və əvvəlcədən bəyan edilib ki, möhürün mürəkkəbi 12 saat ərzində öz özünə buxarlanıb yox olmalıdır. Lakin müşahidəçilər möhürün cəmi bir neçə dəqiqiyə quruduğunu bildiriblər ki, bu hal da pasport sahibinə təkrar səs verməyə imkan verib. Məsələ ilə bağlı hələ deputat manadaıt daşıyan Naira Zöhrabyan qeyd edib ki, seçki məntəqələrində səsvermədən sonra seçicilərin pasportlarına vurulan möhür 4-5 dəqiqədən sonra yoxa çıxır. Bəzi seçicilər seçki bülletenindəki namizədlərin adını pozub və Skarlet Yohanson, Çak Norris kimi aktyorların adını yazıblar.

Ermənistan Polisinin məlumatına əsasən, səsvermə hüququna malik olan vətəndaşların sayı 2,484 milyon təşkil edir. MSK-nın məlumatına görə, onların 62,26 faizi səsvermədə iştirak edib.

Ermənistan parlamentində 131 millət vəkili yeri üçün 8 partiya və bir partiyalar bloku mübarizə aparıb. 41 millət vəkili majoritar, 90 proporsional (partiya siyahıları üzrə) seçilir.

Yekun nəticələr haqqında qərar isə səsvermədən 7 gün sonra bildirilməlidir.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz