Əlaqə Arxiv
news Image
2013.06.27
11:33
| A A A
AKP Venesuela komsomolunun rəhbərini qəbul edib

25 iyun 2013 -cü ildə Azərbaycan Kommunistlərinin lideri Rauf Qurbanov AKP MK - nın dəvəti ilə Azərbaycanda səfərdə olan Venesuela komsomolunun rəhbəri  Ramon Poblası qəbul edib. AKP MK mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, görüşdə qardaş partiyalar arasında əlaqələrin dərinləşdirilməsi, Venesuela və Azərbaycan kommunist partiyaları arasında əlaqələrin dahada inkişaf etdirilməsi məsələsi geniş müzakirə olunub. Venesuela komsomoıunun başısı Azərbaycan KP MK -nın sədrini Venesuela KP MK - nın Baş katibi, Venesuela parlamentinin üzvü Oskar Fiquera adındından rəsmi olaraq Karakasa dəvət edib.


Görüşdə iki ölkə arasında komsomolçu gənclərin əlaqələrinin inkişafı məsələsinə də toxunulub.


İyunin 26 - sı 2013 -cü ildə AKP MK sədri R.Qurbanov və AKP -nin digər rəsmiləri Roman Pablası Bakı Binə təyyarə limanınından RFKP -nın tədbirində iştirak etmək üçün Moskvaya yola salıblar.


Sizin Reklam Yeriniz