21-ci əsrin 20-ci ili dünyanı böyük sınaq qarşısında qoydu. Pandemiya bəlası bütün cahanı öz ağuşuna aldı və istədiyi kimi atını dörd nala çapmağa başladı. Bu bəlanın qarşısında açiz qalan böyük dövlətlər bir müddət sarsıntılar işərisində qaldılar. Həyat və ölüm arasında əsl mübarizə aparılırdı. Doğrudur, bu bəla yavaş-yavaş səngiməyə doğru üz tutubdur, lakin hələ də sövuşmamışdır. Ona görə də insanlar ehtiyatı heç cür əldən verməməlidirlər. Əlbəttə ki, bu ağır günlərdə hər bir dövlət öz vətəndaşlarını qorumaq üçün geniş tədbirlər həyata keçirir. İnsanların qayğısı çəkilir, maaddi və mənəvi dəstək göstərilir, insanların evdə qalaraq özlərini qorumaları üçün hər cür imkanlar yaradılır. Beləcə, yoluxmanın qarşısının maksimim dərəcədə alınmasına çalışılır. Lakin bu çalışmaların tam səmərəli olması üçün sözün əsl mənasında birlik, bütövlük, həmrəylik, dövlət – vətəndaş vəhdəti, dövlət-vətəndaş bağlılığı, vətəndaş – dövlət tandemi çox böyük əhəmiyyət kəsb edir. Yalnız sadalanan meyyarların ön plana çıxması nəticəsində istənilən nailiyyəti əldə etmək olar. Dövlətin vətəndaşına sahib çıxdığı kimi, vətəndaşların da dövlətə, dövlətçiliyə qarşı böyük sevgisi, məhəbbəti və təəssübkeşliyi polad əzmlə sarsılmaz həddə qədər yüksəlməlidir. Nə yaxşı ki, bizim ölkəmizdə dövlətin öz vətəndaşınşa olan böyük diqqət və qayğısı riyazi ölçülərlə elə hesablanmışdır ki, zərrə qədər də biganəılik və ya diqqətdən kənarda qalma hallarına rast gəlinmir. Ölkə rəhbəri çox əhatəli konturlarla özünün vətəndaşlarına qayğı göstərir. Dünyada gedən iqtisadi gərginliyə baxmayaraq, respublikamızda həm iqtisadiyyatın səngimədən öz relsində yoluna davam etdirilməsinə çalışılır, həm pandemiya müddətində işçilərin evdə oturaraq maaddiyatla təmin olunmasına, həm də işsizlərin, kimsəsizlərin və ehtiyacı olan hər bir vətəndaşın, eləcə də xaricdə təhsil alan tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına çalışılır. Bu bir yüksək dövlətçilik mödelinin göstəricisidir. Tarixə belə fəsadlar tanışdır. Belə vəziyyətlərdə çox ağır hallara düşən ölkələr olmuşdur. İndiki situasiyanın özü də çıxılmaz vəziyyətlərə gətirib çıxara bilən gərginliyin təhlükəsini göstərir. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin çevik dinamikası, parlaq zəkası hər bir çıxılmazlıqdan xalqımızı qoruyur. Baxmayaraq ki, həyatın gedişatını, dolanışığın üsullarını, güzəranın gərdişini hər kəs öz düşüncə dairəsinin arealına uyğun olaraq hesablayır və özünü öz bildiyi tərzdə istismar edir, lakin cənab Prezident dəfələrlə öz doğma vətəndaşlarına müraciətlər edərək qanunlara istinadən çalışmağı birmənalı şəkildə tövsiyyə edir. Bu tövsiyyələrin səmərəsini pandemiya dövründə hər kəs gördü, hətta tövsiyyələri asanlıqla anlamayanları da möhtərəm cənab İlham Əliyev Prezident olaraq diqqətdən kənarda qoymur. Lakin bütün bu qayğılar hüquqi dövlətdə yaşayan vətəndaşlarımızı ciddi düşündürməlidir. Sosial sığortalardan yararlana bilmə imkanlarını və dövlətin öz vətəndaşlarına yaratdığı bu cür şəraitləri vətəndaşlarımız layiqincə dəyərləndirməli və ölkə rəhbəri tərəfindən göstərilən hər bir tövsiyyələrə inamla səmərəli münasibət göstərilməli, uyğun qarşlıq verilməlidir. Belə olan halda, ölkəmizdə rəvan həyat ritmi, anlaşıqlı yaşayış tərzi, iqtisadi və humanitar inkişaf prosesinə, haqqlarını və hüquqlarını dərk etmə fəlsəfəsi ilə dövlətə və dövlətçiliyə bağlılıq ucalığına yüksələrək, sarsılmaz və nümunəvi mühitin yaranmasına nail olarıq. İanıram ki, biz – Azərbaycan xalqı öz ölkəmizin inkişafı üçün daima çalışacağıq, sağlam həyat tərzinə nail olmaq üçün sağlam düşüncə ilə yaşayacağıq. Dövlətimizin əbədiliyi istiqamətində dövlət rəhbərimizin sarsılmaz əzmlə bizləri sabaha aparan işıqlı yoluna bir yumruq kimi qoşulacağıq, Bu müqəddəs hisslərlə bütün bəşəriyyətə, eyni zamanda xalqımıza, millətimizə, dövlətimizə və Öndərimizə sağlam həyat arzulayıram!
İftixar Piriyev
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru