Əlaqə Arxiv
news Image
2020.10.22
11:25
| A A A
Şanlı Azərbaycan Ordusu

Şanlı Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətlərə uğradaraq Azərbaycanın tarixi torpaqlarından çıxmağa məcbur edir. Qəhrəman əsgərlərimizin uğurlu əməliyyatları nəticəsində 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
             Azərbaycan Prezidenti İlham Əliyev İşğalddan azad olunmuş Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib. Dövlət başçısı xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib: “Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!”.
         Vəhşi düşmənin terrorçu hərbiçiləri Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalaraq öz texnikasını belə qoyub qaçmışdır. Uğurlu əməliyyatlar nəticəsində düşmənin xeyli sayda hərbi vasitələri məhv edilib, hərbi texnkanın bir hissəsi də qənimət kimi ələ keçirilib.
Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır və biz inanırıq ki, Prezident İlham Əliyevin uğurlu strategiyası nəticəsində işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqları çox qısa müddət ərzində “cənnət bölgələrinə” çevriləcək.

Nəsimi RİH könüllüsü:
         Aşur Cəbiyev

Sizin Reklam Yeriniz