Əlaqə Arxiv
news Image
2020.10.28
23:17
| A A A
Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq

Dağlıq Qarabağın ərazi mülkiyyəti bu günə qədər hələ də ermənilər və azərbaycanlılar arasında kəskin münaqişəyə səbəb olur. 1992-ci ildə Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldu, bir sıra şəhər və kəndləri işğal etdi.  Zaman keçdikcə Ermənistan silahlı qüvvələri irimiqyaslı hərbi əməliyyatları genişləndirdi. İlllərdir davam edən müzakirələr əsasız qaldı və Dağlıq Qarabağım həlli yolunda heç bir addıma atılmadı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açıq bəyan etdiyi kimi, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq"

          İllərdir davam edən Dağlıq Qarabağ münaqişəsi 27 sentyabr tarixində yenidən alovlandı. Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmağa başladı. Müharibənin növbəti günlərində mənfur ermənilər 1992-ci ildə dinc əhaliyə qarşı necə terror aktı törətmişdilərsə, indidə dinc əhaliyə qarşı amansızcasına terror aktı törətdilər.

Azərbaycan Ordusu ön  cəbhədə döyüşdüyü kimi, Cənab Prezident İlham Əliyev də informasiya cəbhəsində döyüşərək, dünyanın bir çox ölkələrinin televiziya kanallarına müsahibə verərək Dağlıq Qarabağ haqqında həqiqətləri dünya medyasına çatdırır.  Dövlət başçısı  belə müsahibələrdən birini də operativ müşavirədə çıxış edərək bildirib.   Müşavirədə   Azad edilmiş şəhər və kəndlərimizin işğalçılardan azad edilməsidən mülki əhaliyə infrastuktur obyektlərinə dəymiş ziyan müzakirə olunub. Prezident İlham Əliyev söyləmişdir  “şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.” Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar.

Biz həmişəki kimi döyüş meydanında uğur qazanırıq. Azərbaycan Ordusu böyük rəşadət və peşəkarlıq göstərərək Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edib.  Xalqın Prezidentə, Prezidentin ordumuza güvəni sayəsində işğalda olan torpaqlarımız tez   bir zamanda işğaldan azad olacaq.

 

 Nəsimi RİH könüllüsü

   Fidan Nəbiyeva

Sizin Reklam Yeriniz