27 sentyabr 2020-ci il tarixindən etibarən Şanlı ordusunun cəbhə bölgəsində apardığı uğurlu döyüş əməliyyatları ilə yanaşı olaraq Cənab Prezident İlham Əliyev diplomatik sahədə sözün əsl mənasında inqilab hesab ediləcək fəaliyyətləri ilə beynəlxalq ictimaiyyətin xüsusi olaraq izlədiyi və hər çıxışını təhlil etdiyi liderlərdəndir. Döyüş əməliyyatları davam etdiyi müddət ərzində ölkə başçısı dünyada ciddi nüfuza malik olan media qurumlarına müsahibələr verərək Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyətə doğru və dürüst formada çatdırılması üçün yorulmadan fəaliyyət göstərir.Bu çıxışların hər biri ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır.Ölkə başçısı mütəmadi olaraq xalqına müraciət edir və mövcud olan real vəziyyəti-ordumuzun uğurları,siyasi arenada baş verən hadisələr,MİNSK qrupu və digər təşkilatların fəaliyyəti və.s məsələlər haqqında geniş məlumat verir. Cənab Prezident 26 oktyabr tarixində olan çıxışında konkret hədəflərə ünvanlanan iradlar və faktiki olaraq neytral yanaşma nümayiş etdirməli olan ölkələrin düşmən tərəfi dəstəkləməyini də açıq şəkildə xalqa çatdırmış oldu. Belə ki,ordumuz tərəfindən məhv edilən və hərbi qənimət olaraq ələ keçirilən düşmən texnikalarının siyahısını xalqa çatdıran ölkə başçısı olduqca zəif iqtisadi imkanlara sahib olan Ermənistanın bu silahları hardan əldə etdiyini açıq sual şəklində qeyd etdi.
Ölkə başçısı eyni zamanda atəşkəs dilənçisinə çevrilən,heç bir siyasi savada və əxlaqa malik olmayan,sərxoş vəziyyətdə foto və videoları yayılan Ermənistan baş naziri Nikol Paşinyana və onu dəstəkləyən şəxslərə bir daha döyüşlərin dayandırılması üçün şərtələrini xatırlatdı: Azərbaycanın tarixi torpaqlarından rədd olsunlar və bunun tarixini əks etdirən cədvəli bizə təqdim etsinlər.Əlbəttə,bu şərtlərlə razılaşmayan düşmən tərəfin ordusu və hərbi ehtiyatları məhvə məhkumdur. Cənab Prezident çıxışı zamanı hazırda açıq və ya gizli şəkildə dümən ölkəni dəstəkləyən ölkələrə bir daha xatırlatdı ki,bu döyüşlər daimi deyil,torpaqlarımız azad olunduqdan sonra həmin ölkələr müxtəlif əməkdaşlıq təklifləri ilə nümayəndələrini bizim üstümüzə göndərəcklər,bəs bunu hansı üzlə edəcəklər?! Bu gün Azərbaycana atəşkəs üçün təzyiq göstərən ölkələr niyə Ermənistana torpaqlarımızı boşaltmaqları üçün təzyiq göstərmirlər?! Ölkə başçısı hərbi təlimlər zamanı ölkəmizə gətirilən qardaş Türkiyəyə məxsus “F-16” qırıcı təyyarələri haqqında da məlumat verdi.Qeyd etdi ki, qardaşlarımız o təyyarələri təlimlər üçün gətirmişdi və döyüşlər başladığına görə ölkəmizdə saxladı və Azərbaycana mənəvi dəstək üçün ölkəmizdə qalmağını istədi. “Azərbaycana kənar təsir olarsa “F-16”ları görəcəksiniz” deyə ölkə başçısı qeyd etdi.Hər zaman olduğu kimi çıxışının sonunda Cənab Prezident Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan yeni ərazilər haqqında xalqa məlumat verdi. Belə ki, Zəngilan,Cəbrayıl,Qubadlı rayonunun bir neçə kəndi və Qubadlı şəhərinin işğalçılardan azad olunması münasibətilə xalqımızı təbrik etdi.Bu çıxış hər bir azərbaycanlı üçün olduqca böyük qürur və fəxr mənbəyidir. Güclü iradə nümayiş etdirən Ali Baş Komandan hər zaman xalqa güvəndiyini və bu gün də xalqın yumruğ kimi birləşdiyini diqqətə çatdırdı.Yumruğa çevrilən birliyimiz əbədi və daha da möhkəmdir,Cənab prezident! Sizin əmrinizlə səfərbər olmağa və doğma torpaqlarımız uğrunda döyüşlərə qoşulmağa hazırıq.
Biz Ali Baş Komandanımız və Müzəffər Ordumuzla fəxr edirik! Qələbə bizimdir!Qarabağ Azərbaycandır!
Rauf Vəliyev
Nəsimi rayon