Əlaqə Arxiv
news Image
2020.10.29
09:10
| A A A
Ordumuz tarix yazmağa davam edir

Vətən torpaqlarımız qarış-qarış azad olunduğu vaxtda Ali Baş Komandan   İlham Əliyev müharibənin növbəti gedişatı barədə tapşırıq və göstərişlər vermək üçün görüşlər keçirir . 25 Oktyabrda Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Kecirilən operativ müşavirədə Ali Baş Komandan İlham Əliyev cəbhədə gedən proseslər barədə müəyyən çərçivə daxilində məlumatlar vermişdir.Müsavirədə Ali Baş Komandan düşmənin hələ də öz xoşu ilə torpaqlarımızı tərk etmək istəmədiyini və bizə qarşı müqavimət göstərdiyini bildirib lakin üstünlük  Azərbaycan ordusundadır və azad olunmuş torpaqlarda nəzarət bizdədir. Təxminən 30 ildə düşmən torpaqlarımızı işğal etməklə geniş talançılıq əmməllərini nümayiş etdirmiş və tarixi abidələrimizi ,yaşayış məntəqələrimizi dağıtmaqla bu torpaqları özününküləşdirmə prosesini həyat keçirmək istəmişlər lakin biz bunun qarşısını almağa davam edirik və bütün torpaqlar işğaldan azad olunduqdan sonra bu ərazilərdə geniş infrastruktur işləri aparılacaq bu məqsədlə dəymis ziyanın hesablanması üçün təftiş işləri görülür.Bütün dəymiş ziyan hesablandiqdan sonra Ermənistan tərəfindən ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.Hal-hazirda ordumuz döyüş meydanında böyük şücaət göstərir və hər gün yeni əraziləri işğalçılardan təmizləməyə davam edir .

        Düşmən döyüş meydanında məğlubiyyəti ilə barişmayaraq mülki əhaliyə atəş açmağa davam edir.Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub və 30-ə yaxın mülki şəxs yaralanmışdır lakin bu qanunsuz əməllərə görə Ermənistan tərəfi cəzalandırılmır.BMT Təhlükəsizlik şurasının bir neçə gün əvvəl keçirilmiş iclasında 1993-cü ildə qəbul edilmiş qətnamələrə kölgə salmaq üçün sənəd tərtib olunmuşdur lakin bu sənəd qəbul edilməzdir .Təhlükəsizlik Şurasının bir neçə üzvü bu sənədə öz etirazını bildirmişdir. Bütün bu baş verənlər Ermənistan tərəfinin həm diplomatik həm də hərbi sahədə məğlubiyyətinin təzahürüdür.Şanlı ordumuz düşmənə məxsus hərbi texnikaları məhv etmiş və yaxud hərbi qənimət kimi götürmüşdür. Ermənistan tərəfi hər dəfə müxtəlif təxribatlara əl atır və bu dəfə öz ərazilərindən döyüş bölgəsindən uzaq məsafədə yerləşən ərazilərimizə raketlərlə atəş açır və gözləyir ki həmin təxribatları bizdə onlara qarşı edəcəyik lakin Azərbaycan ordusu öz sözünü döyüş meydanında deyir və bundan sonrada deyəcək.

Zidan Həsənli  

 Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz