Əlaqə Arxiv
news Image
2020.10.29
09:21
| A A A
Prezident cənab İlham Əliyev xalqa müraciət edərək onu ruhlandırdı!

Vətən insanın ömrünü uzadır!Çünki məhz Vətən səni böyüdüb başa çatdırır,yedirir,içirir,dünyadan köçəndə ağuşuna alır,eyni ilə bir ana kimi.Ana Vətən!Övladınsa borcu ana Vətənini qorumaq,qayğısına qalmaqdır.Biz bunu bacarırıq!Ordumuz,Ali Baş Komandınımız,xalqımız bunu bacarır!Biz mənfur düşmən hiyləsinə qurban getmiş torpaqlarımızı geri qazanırıq.Çünki Qarabağ Azərbaycanındır,Qarabağ Azərbaycandır!

Ali Baş Komandanımız,liderimiz,Prezident cənab İlham Əliyevin xalqa müraciətləri xalqımızı və ordumuzu daha da ruhlandırır,prezidentimizin hər cümləsi xalqımız üçün dillər əzbərinə çevrilir,şüara dönüşür.Bu müraciətlərdən biri də 26 oktyabr tarixində baş tutmuşdur.

Mənfur düşmənin saxta tarixinin əksinə olaraq real Azərbaycan tarixindən dəlillər gətirərək liderimiz Qarabağın qədim sakinlərinin əslində kim olduğunu bir daha gözlər önünə sərdi:”Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan,digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır.O müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur.Çünki erməni xalqı o vaxt orada yox idi.Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza məqsədli gətirildi”

Liderimiz vasitəçi və digər xarici ölkələrin təcavüzkar ölkəni daha da həvəsləndirdiyinə,lazımı addımların atılmadığına görə münaqişənin bu qədər uzandığını vurğuladı:”Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır.Bir söz deyən var?Yoxdur!Bu, nə deməkdir?O deməkdir ki,davam elə,nə qədər istəyirsən gətir,bu torpaqları erməniləşdir,Azərbaycan mədəni irsini sil.Yoxsa,bu üç ölkə məgər imkanlara sahib deyil ki,təcavüzkara öz yerini göstərsin?İstəmirdilər.Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz.Elə bil,bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki,yeni reallıqlar yaranıbdır,siz də reallıqlarla hesablaşmalısınız.Biz yeni bir reallıq yaratmışıq.İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Düşmən harınlaşır, azğınlaşır və bizə deyirlər ki,yox,ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur.Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi?Biz nə edirik?Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk.”

Bu gün nəyin şahidi oluruq?Ermənistanı qurtarmağa çalışan ölkələr hər cür varianta əl atır.Gülüncdür.Prezidentimiz bunun da cavabını verdi:”Ermənistanı qurtarmağa çalışanlar,onu başa salsın ki,çıxın bu torpaqlardan.Atəşkəs istəyənlər niyə erməniləri silahlandırır?"Əksi təqdirə qurtuluş yolu yoxdur!Yalnız və yalnız Qarabağ işğaldan tam azad edildikdən sora mənfur erməni müzəffər ordumuzun əzmindən yaxa qurtara biləcək!

 

Prezident xarici mətbuata verdiyi müsahibələrdən danışdı:”Jurnalistlərə hörmətim böyükdür,onlar da bundan istifadə edib qərəzli suallar verir”Prezidentimiz mükəmməl siyasi təcrübəyə,kamil natiqlik qabiliyyətinə malik olduğu üçün bütün sualları lazımı şəkildə cavablandıraraq,qərəzli mövqe nümayiş etdirən tərəfləri yerindəcə susdurdu.

İlham Əliyev qeyd etdi ki,ermənilərin yeganə məqsədi odur ki,etnik təmizləmə aparsın,abidələrimizi erməniləşdirsin,xaricdən ermənilər gətirsin:”Bəs Cəbrayıla yol çəkirdin,Paşinyan,nə oldu?Bəs Şuşada parlament binası tikdirirdin,nə oldu,o?Cəhənnəmə getdi!”

Qarşı tərəfin havadarları həm bizə,həm də haqq işimizə dəstək verən ölkələrə təziq göstərməyə çalışır.Lakin onlar anlamır və anlamaq istəmir ki,heç bir hədə bizi yolumuzdan döndərməyəcək!Qarabağ bizimdir,Qarabağ Azərbaycanındır!

 

Şəmilova Dünya Mərdan

Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz