Əlaqə Arxiv
news Image
2020.10.29
11:04
| A A A
Biz ordusu olan dövlət yox, biz milləti ordu olan ölkəyik

Azərbaycan ordusunun yüksək səviyyəli bacarığı və potensialı nəticəsində yeni şəhər və kəndlər düşmən işğalından azad olur.Ermənistan döyüş  meydanında məğlub olur. Ermənistan atəşkəsi iki dəfə pozub. Onlar birinci dəfə oktyabrın 10-da Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər. Onlar dayanmasa  torpaqların azad olunması davam edəcək.

         Ermənistan höküməti dayanmadan dezinformasiya yayır.Toqquşmalar başlamadan öncə  Azərbaycan və Türkiyə birgə hərbi təlimlərdə iştirak edirdilər. Ona görə də Türkiyənin F-16 qırıcı təyyarələri  Azərbaycandadır. Onlar yerdedirlər səmada deyil. Ermənistan Su-25 təyyarəsini  dağa çırparaq partlatmış və bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğunu qələmə verməyə çalışırlar.

         Lakin bu münaqişənin ilk ğünlərində ,sentyabrda baş vermişdir.Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror  əməli idi. Gəncəyə  edilən bu hücumlara haqq qazandırmaq olmaz və buna görə məsuliyyət daşıyacaqlar.

          Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti  və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək ,beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər.   

           Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu,dezinformasiyadır.

Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var,müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var. Hətta tam səfərbərlik  belə elan olunmayıb.Döyüşdə əlavə insan  lazım olsa ,daha artıq qüvvə cağırılar.

        Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldıgı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaga imkanı var.

       Azərbaycan bu gün dayanmaga hazırdır. Ermənistan bu gün dayansa və kostruktiv  davransa əlbəttə  hər şey dayanar və geri danışıqlar masasına qayıdarıq. Ermənistan höküməti başa düşməlidir ki, indi onlar diktə ermək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar.

 

Mətanət Ramazanova

Nəsimi rayon Təhsil işçisi

 

Sizin Reklam Yeriniz