Əlaqə Arxiv
news Image
2020.10.29
12:29
| A A A
Döyüş meydanında əldə olunan qələbələr sadəcə ordumuzun uğurudur

Artıq 1 aydan çoxdur ki, Dağlıq Qarabağ uğrunda gedən hərbi əməliyyatlar davam edir. Müzəffər ordumuz düşmənin cavabını döyüş meydanında layiqincə verməyə davam edir. Hər gün Prezident İlham Əliyev  Azərbaycan xalqı ilə işğaldan azad olunmuş ərazilərimizin adlarını paylaşır. Cəbhədən yeni qələbə xəbərləri eşitmək bizdə ruh yüksəkliyi yaradır .

Yaxın günlər də isə Prezident İlham Əliyevin Fransanın “Figaro" qəzetinin nümayəndəsi ilə müsahibəsi baş tutmuşdur. Müsahibə zamanı Ermənistan dövlətinin 3 ay müddətində Azərbaycana qarşı törətdiyi təxribatlardan onların yeni ərazilər işğal etmək planlarından bəhs edən ölkə başçısı bizim sadəcə onlara adekvat cavab verdiyimiz bir daha vurğulayıb. Ermənistan dövləti 30 ildir ki, bu gün toqquşmalar davam edən ərazilərdə istehkamlar qurmuşdur,bu istehkamları yarıb keçmək nə qədər çətin olsa da, biz artıq bir çox şəhər və rayonlarımızı işğaldan azad etmişik .

Azərbaycanın bu gün qonşu dövlətlər ilə xüsusilə Gürcüstan və Türkiyə ilə çox yaxşı münasibətləri var. Gürcüstanla olan münasibətlər də din fərqi qoyulmur. Gürcüstan da erməni və azərbaycanlılar eyni ərazidə yaşayır. Biz münaqişə həll olunandan sonra Qarabağda da erməni və azərbaycanlı əhalinin birlikdə yaşaya biləcəyinin mümkünlüyünə inanırıq. Türkiyə dövləti isə bizə münaqişənin ilk günündən güclü dəstəyini bildirdi. Bu siyasi dəstəkdir ,döyüş meydanında nə ediriksə biz özümüz edirik. Torpaqlarımızı isə öz əsgər və zabitlərimiz işğaldan azad edirlər. Azərbaycanın yüksək səviyyədə  hazırlıqlı ordusu var. Bunun nəticəsidir ki,artıq torpaqlarımızın bir hissəsi işğaldan azad edilmişdir. Biz Ali Baş Komandanımızla və ordumuzla fəxr edirik.  Haqlı mübarizəmiz də qələbə qazanmağımıza isə çox az qalıb!

Məmmədova Simranə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz