Əlaqə Arxiv
news Image
2020.10.29
14:27
| A A A
Məkrli düşmənə ordumuz,qərəzli mövqe tutanlara isə Prezidentimiz laiqli cavabı verir!

Qarabağ ərazisində “özünküləşdirmə" siyasəti aparan Ermənistan təxribatlarına qarşı əks-hücuma keçən Azərbaycan Respublikası Silahlı Qüvvələri zəfər tarixinə yeni səhifələr əlavə etməkdədir. 28 illik əsirlik həyat yaşayan Qarabağ yenidən öz övladlarına,vahid Azərbaycana qovuşur.1 milyona yaxın məcburi köçkün öz dədə-baba yurduna geri dönəcək, uzun zamandır görmədiyi yurdunun hər qarışında sərbəst və qürurla gəzəcək.Bütün bu uğurları Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasətinə və onun rəhbərliyi ilə şücaət göstərən müzəffər ordumuza borcluyuq.

Prezidentimiz siyasi arenada da Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edir. Dəfələrlə xarici ölkə kanalları və qəzetlərinə verdiyi müsahibələrdə səbirlə davranan liderimiz qərəzli və kinayəli suallara belə layiqincə cavab verir. Bu müsahibələrdən biri cari ilin 24 oktyabr tarixində baş tutdu.Fransanın “Figaro" qəzetinə verdiyi müsahibədə jurnalistin bütün sualları həqiqətə uyğun formada cavablandırıldı. Jurnalistin ”Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hücumun siyasi məqsədi nədir?”sualı tərəfli və qərəzli mövqeyi kifayət qədər nümayiş etdirirdi.Lakin liderimiz bütün xalqımız adından lazımı cavabı verdi:”Biz yox,Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Bu,üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi.”

Prezidentimiz ermənilərin Gəncəni ballistik raketlərlə atəşə tutmasının atəşkəsə vurulan ən böyük zərbə olaraq qiymətləndirdi,lakin jurnalist yenə də öz kinayəli suallarına və tərəfli mövqeyinə sadiq qalaraq bildirdi ki,guya ermənilər Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi Gəncədə olduğu üçün bombardımanı həyata keçirib. Hər zamankı kimi liderimiz öz təmkinliliyini qoruyaraq bu yalan məlumatı həqiqətlə cavablandırdı:”Bu,feyk xəbərdir.Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki,toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər,onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar.”

Türkiyənin müdaxiləsi, Suriyalı əsgərlər haqqında uydurulmuş cəfəngiyyatı həqiqətmiş kimi dolu-dolu bəzəyib düzəyən düşmənin qarmağı boş çıxmadı.Bu xülyanı düşmənlə bərabər məqsədli şəkildə təbliğ edən dövlət adamları,jurnalistlər də az deyil. Qəribədir bu iki vəzifənin ortaq cəhəti budur ki,hər ikisi xalqına həqiqətləri çatdırmalı, yalan danışmamalıdır. Hələ ki,dünya liderləri arasında yer tutan ölkələr.Lakin təəssüf ki,bu gün öz vəzifə borcunu unudan və ona göstərilən etimadı doğrultmayan insanlar kifayət qədər çoxdur.Və onların saxtakar Ermənistanı müdafiə edən yalançı  həqiqət səsləri yalnız bizə qarşı yüksəlir. Maraqlıdır 28 il əvvəl dünya tarixində misli bərabəri görülməmiş Xocalı soyqırımı,Qarabağda,Gəncə və Bərdədə azərbaycanlılara qarşı həyat keçirilən etnik təmizləmə siyasəti nə üçün göz ardı edilir,hətta bununla da bitmir,ona min bir don geydirilir.Bütün bunların sadə bir cavabı var. Tərəfsiz olmalı olan ölkələr öz yaxasını erməni lobbisinə qapdırdığı müddətcə onlardan ədalətli mövqe gözləmək əbəsdir.

Haqqa qarşı duran hər bir şəxs həqiqəti eşitməyə kar,görməyə kordur.Biz haqq işimiz uğrunda savaşarkən belə ədalətli davranır,mülki şəxslərə toxunmuruq,düşməni torpaqlarımızdan könüllü çəkilməyə çağırır,artıq qanın tökülməməsi üçün atəşkəsə əməl olunması üçün çağırışlar edirik,lakin əfsus ki, düşmənimiz bunun tam əksi xislətə malikdir.

 Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Goranboy, Naftalan kimi əhalinin sıx yaşadığı əraziləri istifadəsi qadağan olunmuş hərbi sursatla hədəfə almaq yalnız və yalnız ermənilərin 30 illik xislətinin davamıdır və bunun yalnız və yalnız bir adı var-erməni faşizmi,erməni terrorizmi.Terror isə nə körpə tanıyır,nə qoca,nə qadın tanıyır, nə cavan. Onun sadecə bir məqsədi var,hədəfə almaq və təxribat törətmək.Lakin biz sarsılmaz xalqa,amalından dönməyən müzəffər orduya və əzmli lider, Ali Baş Komandana sahib Azərbaycanıq! Biz 28 illik ayrılığın acısını bu günmüş kimi yaşatan və intiqamını alan azərbaycanlılarıq!Yaşasın Azərbaycan!Yaşasın Ali Baş Komandan!Yaşasın Azərbaycan Ordusu!Qarabağ Azərbaycandır!

Şəmilova Dünya Mərdan

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

Sizin Reklam Yeriniz