Əlaqə Arxiv
news Image
2020.10.29
11:30
| A A A
Ermənistan hökumətinin təxribatı sərhəd tanımır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 sentyabr - İkinci Qarabağ müharibəsi başlayan gündən bu günə qədər Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra tanınmış kütləvi informasiya vasitələrinə müsahibə verib. Ötən günlərdə Fransanın “Figaro” qəzetinə müsabiqəsində jurnalistin suallarını cavablandırarkən  Qarabağ müharibəsində Azərbaycanın qətiyyətli və haqlı mövqeyini dünyaya çatdırmışdır. Jurnalistin “Cənab Prezident nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir” sualına cavabında dövlətimizin başçısı deyib: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi”. Müsahibə zamanı jurnalist “Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi” sualına Prezident cavabında belə demişdir: “Uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir”. Həmçinin ölkə başçısı müsahibəsində Ermənistan tərəfinin dezinformasiya yayaraq Türkiyənin F-16 təyyarəsindən istifadə etdiyimizi, eyni zamanda ordu sıralarında muzdlu əsgərlərin olmasını iddia etdiklərini, lakin bütün bunların əsassız xəbər olduğunu vurğulamışdır. Müsahibədə Ermənistan hökumətinin Azərbaycanın yaşayış məskənlərinə, dinc əhaliyə qarşı hücumu və bu təxribatın bütün beynəlxalq hüquq normalarına zidd olaraq hərbi cinayət olduğu da bildirilmişdi.

Məlum olduğu kimi, Ermənistanın pulsuz silahlandırılması prosesi hələ də davam edir. Cənab Prezident müsahibədə bu məsələyə toxunaraq qeyd etmişdi: “ Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almağa imkanı var”. Bəli, İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu gün iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkədir və biz bir xalq olaraq haqq savaşında itirilmiş haqqlarımızın bərpası uğrunda canımız bahasına savaşmağa hazırıq.

Fehruzzadə Xatirə

Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz