Əlaqə Arxiv
news Image
2020.10.29
19:00
| A A A
Mülkü əhalini hədəf almaq müharibə aparmaq deyil, sadəcə vəhşilik, terroristlikdir

Artıq bütün dünyaya məlumdur ki,Azərbaycan-Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlayıb. Bu müharibə birinci müharibədən bir çox şeydə fərqlənsə də bir oxşarlıq var. O da ermənistanın yürütdüyü terrorizm siyasəti və etdiyi hiyləgərliklərdir. 28il bundan qabaq Azərbaycan xalqına Xocalı faciəsini yaşadan zalım Ermənistan rəhbərliyi bu gün də bizə Gəncə, Bərdə, Tərtər, Naftalan və s. faciələrini yaşadırlar.

 Onlarla günahsız körpələr,gəlinlər,gənclər,yaşlılar erməni terrorizminin qurbanı oldular.. Neçə uşaq ata-anasız, neçə valideyn isə övladsız qaldı.. Bu terrorizm deyildə nədir? Günahsız dinc əhalini vurmaq insanlığa sığarmı? Müharibə cəbhə bölgəsində olar. Mülkü əhalini hədəf almaq müharibə aparmaq deyil, sadəcə vəhşilik, terroristlikdir.

Düşmənimiz o qədər qorxaq, binamus, hiyləgər və zalımdır ki.. Cəbhə bölgəsinə savaşmağa gücü çatmır deyə cəbhədən çox kənarda olan şəhərləri roket atəşinə tutaraq amansızca dinc əhalini qətlə yetirirlər. Ölkə olaraq düşmənin ən şərəfsiziylə qarşı-qarşıyayıq. Amma bu etdikləri onların yanına qalmayacaq. Hamısının cəzasını çəkəcəklər. Şəhidlərimizin qanı bahasına Qarabağımızın hər qarışın onlardan geri alacağıq. Bu faciələr, itkilər bizi yolumuzdan döndərməz əksinə dahada qüvvətləndirər. Torpaq qanla qarışanda Vətən olur! Biz vətənimiz,doğma yurdumuz Qarabağ uğrunda sonuna qədər savaşıb qalib gələcəyik!

Cənab Prezidentimiz İlham Əliyev demək olar ki, hər gün xalqına müraciətlər edir, düşmənin məhv etdiymiz, hərbi qənimət kimi götürdüyümüz hərbi texnikalarını və azad etdiyimiz torpaqları xalqına açıqlayır. Hər gün prezidentimizdən xoş xəbərlər alıb sevinsəkdə bir gözümüzdən sevinc gözyaşları axır, digərindən isə kədər. Amma yenədə biz haqq yolumuzdan dönməyəcək, bu faciələrin, şəhidlərimizin qisasını alacağıq. Çünki bizim bacarıqlı Ali Baş Komandanımız və yenilməz ordumuz var.

Cənab prezidentimiz xalqına müraciətlər etməklə yanaşı,tez-tez Qarabağda olan mövcud vəziyyətlə əlaqədar xarici informasiya agentliklərinə də müsahibələr verir. Sonuncu verdiyi müsahibə isə 24 oktyabrda Fransanın “Figaro”qəzetinə verdiyi müsahibə olmuşdur. Cənab prezidentimiz İlham Əliyev müsahibədə Ermənistan dövlətinin müharibəni başlatmasından, bizim onlara adekvat cavab verdiyimizdən, onların bizim yeni ərazilərimizə göz dikməsindən, törətdiyi terrorizm siyasətindən,atəşkəsi pozma hallarından və s.danışmış,eyni zamanda Ermənistana əgər onlar geri çəkilməsə bizim dahada irəli gedəcəyimizi və status-kvonun ləğv olunduğunu bildirdi.

Biz necə ki bir aydan az müddətdə 4şəhər,bir çox kənd,qəsəbə və yüksəkliklər almağa nail olmuşuqsa bundan daha çoxunu edə bilərik.Necə ki cənab prezidentimizin dediyi kimi “Əgər erməni itləri ölmək istəmirsə tərk etsinlər bizim torpaqlarımızı”. Biz rəşadətli ordumuza və Ali Baş Komandanımıza sonsuz güvənirik və hər zaman bir xalq kimi onun yanındayıq. Biz bilirik ki Qarabağ tamamilə bizim olmadan bu müharibə bitməyəcək.Şəhidlərimizin,körpə balalarımızın,günahsız dinc əhalimizin qanı yerdə qalmayacaq.Düşmən qorxaqlıq göstərərək olmayan gücünü cəbhə bölgəsində deyil,dinc əhalini hədəf almaqla göstərdikcə biz onları məhv etmədən duran deyilik.Çox az qalıb tezliklə Qarabağın hər qarışı mənfur erməni tapdağından qurtulacaq.Bizim olanı almadan durmaq yoxdu!Yaşasın şanlı Azərbaycan ordusu!Yaşasın Ali Baş Komandan!

 

İbadova Günay

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz